2019-cu ildə Naxçıvan MR-da daşınmaz əmlakın dövlət reyestrində 672 ipotekanın qeydiyyatı aparılıb.
Bu barədə yerli Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə istinadən məlumat verilir.
Məlumata görə, bunun 52%-i Naxçıvan şəhərinin, 48%-i isə muxtar respublikanın digər yaşayış məntəqələrinin payına düşür.
İpoteka krediti hesabına əldə edilmiş 112 mənzil, 11 fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. 2018-ci illə müqayisədə ümumi ipoteka qeydiyyatı 54%,ipoteka ilə əldə edilən əmlakların qeydiyyatının sayı 38% artıb.
2019-cu ildə ipoteka kreditləşməsi vasitəsilə əldə edilən mənzillərin hər kvadratmetrinin orta qiyməti 750 manat təşkil edib. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də ipoteka krediti hesabına əsasən iki və üçotaqlı mənzillərin alınmasına üstünlük verilib.
Report