Müəllif:Gülnar Əhmədli, Banco.az
2024-cü ildə MÖS üzrə əməliyyatların həcmi 570.9 milyard manat təşkil etmiş və bu, 2021-ci illə müqayisədə 3.1 dəfə artım deməkdir.
Banco.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda FINTEX SAMMIT 2025 tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu artımın 90%-dən çoxu AZİPS sisteminin payına düşür. Digər tərəfdən, mühüm istiqamət kibertəhlükəsizlik sahəsidir:
"Milli Kibertəhlükəsizlik İndeksinə görə Azərbaycanda görülmüş işlərin fonunda 177 ölkəni əhatə edən beynəlxalq reytinqdə ölkəmizin mövqeyi 82-ci yerdən 20-ci yerə qədər yüksəlmiş, ümumi bal isə 93.76-ya çatmışdır. Bundan başqa nağdsız ödənişlərin genişlənməsi istiqamətində qeyd edə bilərəm ki, 2024-cü ildə ölkədaxili nağdsız kart əməliyyatları 78.9 milyard manata çatmış və bu, 2021-ci illə müqayisədə 6.9 dəfə artım deməkdir. Ödənişlərin 64.2%-i nağdsız formada həyata keçirilmişdir".