Ötən il mobil operatorlar 1,1 milyard manat gəlir əldə ediblər | Banco.az

Ötən il mobil operatorlar 1,1 milyard manat gəlir əldə ediblər

2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,3% artaraq 3 206,5 mln. manat təşkil edib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 71,8%-i əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 36,1%-i və ya 1 158,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram