Ötən il könüllü sığorta bazarı 14% artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən xəbərə görə, könüllü sığorta bazarı 2015-ci illə müqayisədə 37 mln. 974 min manat və ya 13,52% artaraq 2016-cı ildə 318 mln. 944 min manat təşkil edib.
Könüllü sığorta növləri üzrə ödənişlər isə illik 43 mln. 623 min manat və ya 32,12% artaraq 179 mln. 435 min manata yüksəlib. Könüllü sığorta növləri üzrə yığımların 36,32%-i həyat, 63,68%-i qeyri-həyat sığortasının payına düşüb.
Könüllü həyat sığortası üzrə yığımlar illik 30 mln. 023 min manat və ya 34,98% artaraq 115 mln. 855 min manat, ödənişlər 40 mln. 870 min manat və ya 81,58% artaraq 90 mln. 970 min manat təşkil edib.
Könüllü qeyri-həyat sığortası üzrə yığımlar illik 7 mln. 951 min manat və ya 4,07% artaraq 203 mln. 089 min manat, ödənişlər 2 mln. 753 min manat və ya 3,21% artaraq 88 mln. 466 min manat olub.
Mənbə: Apa.az