Müəllif - Aida İsaq, Banco.az
İranın 2022-ci ildə neft hasilatı sutkada 2,5 milyon barelə çatıb.
Banco.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında qeyd olunub. Beləliklə, ötən il ərzində İranın gündəlik neft hasilatı 7% artıb. Eyni zamanda ölkə yanacağının qiyməti 43% artaraq 99,9 dollar təşkil edib.
Qeyd olunur ki, İran OPEC-in əsas neft istehsalçıları arasında Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən sonra beşinci yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!