Ötən il ilk dəfə Azərbaycanın qaz ixracı daxili istehlakdan çox olub | Banco.az

Ötən il ilk dəfə Azərbaycanın qaz ixracı daxili istehlakdan çox olub

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, ötən il daxili istehlak 11,5 milyard kubmetr, ixracat 11,6 milyard kubmetr olub: "Azərbaycan dünyada təbii qazın istehlakı baxımından ən yüksək səviyyədə olan ölkələrdən biridir. Daxili istehlakın artımı əsasən qaz-kimya sənayesinin inkişafı ilə bağlıdır. Azərbaycan gələcəkdə əlavə çıxarılan qaz həcmlərini bazar şəraitlərindən asılı olaraq ya ixraca edə bilər, ya da daxili emala yönəldə bilər. Hazırda ölkənin qaz-kimya potensialı xeyli genişlənib və qaz emalı üçün böyük imkanlar var.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, ötən il Azərbaycanın qaz ixracında 23 faizlik artım qeydə alınıb. İxrac olunan 11,6 milyard kubmetr qazın 9.1 milyardı Türkiyəyə, yerdə qalan 2,4 milyard kubmetr qaz isə Gürcüstana satılıb".

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et