Müəllif - Aida İsaq, Banco.az
Türkiyədə 2022-ci ildə xarici kapitallı şirkətlərin sayı 2010-cu ildən bəri ən yüksək həddə çatıb.
Banco.az xəbər verir ki, siyahıya liderlik 1363 şirkətlə Rusiyaya məxsus olub. 1,3 min şirkətlə İran ikinci, 484 şirkətlə Almaniya isə üçüncü yerdə qərarlaşıb. Xarici vətəndaşlar əsasən topdansatış ticarət sektoruna sərmayə qoyublar.
Növbəti yerdə daşınmaz əmlak sektoru, kommersiya və digər xidmətlər gəlir. Ən çox xarici kapitallı şirkətlər İstanbul, Antalya və Ankarada fəaliyyətə başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!