Ötən il Gürcüstandan Azərbaycana pul köçürmələri artıb | Banco.az

Ötən il Gürcüstandan Azərbaycana pul köçürmələri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gürcüstandan fiziki şəxslər tərəfindən 2023-cü ildə Azərbaycana 37 milyon 475 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2022-ci illə müqayisədə 29,8% (8 milyon 612 min dollar) çoxdur. Belə ki, 2022-ci ildə göndərilən pul baratlarının həcmi 28 milyon 863 min dollar təşkil edib. 

Qeyd edək ki, ötən il Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2,3% olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram