"Ötən il ərzində özünəməşğulluq proqramı 6 dəfədən çox genişləndirilib" | Banco.az

"Ötən il ərzində özünəməşğulluq proqramı 6 dəfədən çox genişləndirilib"

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, 2018-ci ildə bu istiqamətdə nazirliyə 7800 vətəndaş müraciəti qəbul olunub: "Onlardan 7200-ü müxtəlif kurslar, proqramlar, təlimlərdən keçərək öz biznes planlarını müdafiə ediblər. Artıq 5500 nəfər aktivlərini alıblar. Bu mütəmadi davam edən bir prosesdir".

Nazir qeyd edib ki, bu tədbirlər çərçivəsində vətəndaş ələbaxımlılıqdan qurtarılır: "Həmin insan öz əməyi ilə öz təsərrüfatını qurur. Bu günə qədər 200-dən artıq özünəməşğulluqla məşğul olan ailədə olmuşam, hər birində çox ciddi ümid və niyyət var".

Ən sərfəli kredit üçün müraciət et

S.Babayevin sözlərinə görə, özünəməşğulluq proqramına müraciətlərin təqribən 85 faizi heyvandarlıqla bağlıdır: "Qalan 15 faiz isə istehsalat və xidmət sahələridir. Burda da bizim ciddi potensialımız var. Aralarında şirniyyat sexi, gözəllik salonu, internet kafelər açmaq, iaşə xidmətləri göstərmək istəyənlər də olur. Eyni zamanda müxtəlif oyma, sənətkarlıq nümunələri, xalçaçılıq dəzgahları istəyənlər də var. Bu il proqramın daha da genişləndirilməsi nəzərdə tutulur". 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et