Ötən il dünyada elektromobillərin satışı 10% artıb | Banco.az

Ötən il dünyada elektromobillərin satışı 10% artıb

Ötən il dünyada satılan elektrik avtomobillərinin sayı açıqlanıb.

2019-cu ildə dünyada 2,21 mln. elektrik nəqliyyat vasitəsi satılıb ki, bu da 2018-ci illə müqayisədə 10% çoxdur. Elektromobillər ümumi avtomobil bazarındakı payını 2,1%-dən 2,5%-ə yüksəldə bilib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il ən çox "Tesla" (367 820 ədəd), BYD (229 506 ədəd) və BAIS (160 251 ədəd) elektromobilləri satılıb. 2019-cu ilin ən populyar elektromobillər sırasına həmçinin SAIC, BMW, "Volkswagen", "Nissan", "Geely", "Hyundai" və "Toyota" şirkətlərinin istehsal etdiyi elektrik nəqliyyat vasitələri də daxil olub.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et