Ötən il Çində yeni enerji vasitələrinin istehsalı kəskin artıb | Banco.az

Ötən il Çində yeni enerji vasitələrinin istehsalı kəskin artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində elektromobillər üçün istehsal olunan litium-ion batareyalarının ümumi doldurma qabiliyyəti 130,2 faiz artıb.

Banco.az xəbər verir ki, Çin Avtomobil Akkumulyatoru İnnovasiya Assosiasiyasının məlumatlarına görə, 2022-ci ildə “yeni enerji vasitəsi” (NEV) adlandırılan təkrar doldurulan batareyalı, hibrid və yanacaq hüceyrəli elektrik avtomobilləri üçün ümumilikdə 183,8 giqavat/saat tutumlu akkumulyator istehsal edilib.

İl ərzində elektrik avtomobilləri üçün istehsal olunan ümumi doldurma gücü isə 2021-ci illə müqayisədə 130,2 faiz artıb. Bu da ümumi litium-ion batareya tutumunun 62,4 faizini təşkil edib.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatlarına görə, 2022-ci ildə NEV istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 96,9 faiz, satışlar 93,4 faiz, ixrac isə 120,2 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram