Ötən il Çin limanlarında daşınan yük və konteynerlərin həcmi artıb | Banco.az

Ötən il Çin limanlarında daşınan yük və konteynerlərin həcmi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2023-cü ildə Çin limanlarında daşınan yük və konteynerlərin həcmi artıb.

Banco.az xəbər verir ki, Çin Nəqliyyat Nazirliyinin məlumatına görə, yanvar-noyabr aylarında ölkə limanlarında daşınan konteynerlərin həcmi 280 milyon TEU, daşınan yüklərin həcmi isə 15,51 milyard ton təşkil edib.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınan vahid konteynerlərin sayı 4,9 faiz, yüklərin həcmi isə 8,4 faiz artıb.

Sözügedən dövrdə xarici ticarətlə əlaqəli yükdaşımalar da 9,6 faiz artıb.

Xatırladaq ki, Çində ölkənin əsas limanlarına ev sahibliyi edən Şanxay, Quançjou, Ninbo, Sincan, Tianjin, Qingdao və Dalian kimi şəhərlərdə 2022-ci ildə Kovid-19 pandemiyası səbəbilə tətbiq edilən karantin tədbirləri yük daşımalarında fasilələrə səbəb olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram