Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 1 879,9 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 1 632,7 manat, özəl sektorda isə 2 043,6 manat olub.
2024-cü ildə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 490,2 manat, özəl sektorda isə 1 800,3 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
