Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın 2023-cü ildə ixracının dəyəri 33 milyard 898 milyon 554 min ABŞ dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycanın ixracı 2022-ci illə müqayisədə 11,1% azalıb.
Məlumata görə, 2023-cü ilin mart, aprel, may və avqust aylarında Azərbaycanın ixracı 3 milyard dollardan çox olub.
Bu aylarda ixracın dəyəri müvafiq olaraq 3,2 milyard dollar, 4,8 milyard dollar, 3,5 milyard dollar və 3,6 milyard dollar təşkil edib.
İl ərzində ən çox ixrac aprel ayında (4,8 milyard dollar), ən az ixrac isə iyun ayında (1,8 milyard dollar) qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!