Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2024-cü ildə 157,1 milyon manat xalis mənfəət əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların xalis mənfəəti 2023-cü illə müqayisədə 81,3 milyon manat və ya 2,1 dəfə artıb.
Məlumata görə, bu ilin 1 yanvar tarixinə BOKT-ların aktivləri 993,3 milyon manat olub. Bu da illik müqayisədə 234,8 milyon manat və ya 31% çoxdur.
Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 21,1% artaraq 536,9 milyon manata, balans kapitalı isə 44,8% artaraq 456,4 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!