Ötən il BƏƏ-nin Azərbaycana birbaşa investisiya qoyuluşu artıb | Banco.az

Ötən il BƏƏ-nin Azərbaycana birbaşa investisiya qoyuluşu artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 490 milyon 156 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,5 dəfə və ya 171 milyon 189 min dollar çoxdur. 

Hesabat dövründə BƏƏ Azərbaycana ən çox investisiya yatıran 5-ci ölkə olub. 

Qeyd edək ki, 2023-cü ildə bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 318 milyon 967 min dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram