Ötən il Azərbaycanın ət idxalına çəkdiyi xərc 49%-dən çox artıb | Banco.az

Ötən il Azərbaycanın ət idxalına çəkdiyi xərc 49%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 129 milyon 555 min ABŞ dolları dəyərində 58 min 688 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 40,7%, dəyəri isə 49,4% və ya 42 milyon 817 min dollar artıb.

Belə ki, 2023-cü ildə Azərbaycana 86 milyon 738 min dollar dəyərində 41 min 707 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,62%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram