2024-cü il ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5.2% artaraq 14 387.8 ton, dəyər baxımından isə 8.6% artaraq 76 milyon 487.8 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 2.1% artaraq 747.1 ton, dəyər baxımından isə 0.4% artaraq 6 milyon 633.8 min ABŞ dolları təşkil edib. Beləliklə, həcm ifadəsində çay idxal ixracı 19.3 dəfə üstələyib.
Bu dövrdə çayın bir kiloqramının orta idxal qiyməti 9 manat, orta ixrac qiyməti isə 15.1 manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində ölkə ərazisində çay istehsalı 2023-cü illə müqayisədə 7.2% artaraq 12 min 424.2 ton təşkil edib.
Xatırladaq ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,36%-ni təşkil edib.
apa