Ötən il Azərbaycanda ÜDM 5,6%, qeyri-neft sektoru 7,2% artıb | Banco.az

Ötən il Azərbaycanda ÜDM 5,6%, qeyri-neft sektoru 7,2% artıb

2021-ci ildə Azərbaycanda ÜDM 5,6%, qeyri-neft sektoru 7,2% artıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda deyib.

Onun sözlərinə görə, nominal ÜDM 93 milyard manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 11 milyard artım deməkdir.

"Həmçinin, 2021-ci ildə strateji valyutanın artımı 53 milyard dollar təşkil edib”, - nazir bildirib.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram