Ötən il Azərbaycanda qızıl və gümüş istehsalı artıb | Banco.az

Ötən il Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2025-ci ildə mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 965.1 kiloqramı qızılın, 3 646.0 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2024-cü illə müqayisədə 11,3%, gümüş istehsalı isə 14,5% artıb.

Yanvarın 1-nə olan vəziyyətə əsasən, ölkədə 43,5 kiloqram hazır qızıl, 361,9 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram