Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağının alınmasına 3 milyard 856,3 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 7,8% çoxdur.
Əlavə edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,7%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
