Azərbaycanda 2016-cı ildə neft məhsulları istehsalının ümumi dəyəri 2 772,7 mln. manat olub.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə bu göstərici 9,1% azalıb.
Ötən il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) 1 153,2 min ton avtomobil benzini (Ai-92 markalı), 2 315,2 min ton dizel yanacağı istehsal olunub. Avromobil benzininin istehsalı 2015-ci illə müqayisədə 5,8%, dizel yanacağının istehsalı 17,4% azalıb. Bu il yanvarın 1-nə 20,9 min ton avtomobil benzini, 69,1 min ton dizel yanacağı hazır məhsul ehtiyatı yaranıb.
Ötən il ölkədə 197,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 627,3 min ton ağ neft, 485,8 min ton yanacaq mazutu, 9,7 min ton sürtgü yağları, 179,2 min ton neft bitumu, 204,9 min ton neft koksu istehsal olıunub.
Yanacaq mazutunun istehsalı əvvəlki illə müqayisədə 48,1%, neft bitumunun istehsalı isə 4,3% artıb.
Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 4,1%, ağ neft istehsalı 8,9%, sürtgü yağları istehsalı 61,7%, neft koksunun istehsalı isə 17,4%, azalıb.
Mənbə: Report.az