Ötən il Azərbaycan neft koksunun ixracından qazancını 4 dəfəyə yaxın artırıb | Banco.az

Ötən il Azərbaycan neft koksunun ixracından qazancını 4 dəfəyə yaxın artırıb

2025-ci ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 217 min 244,53 ton neft koksu ixrac edib.

Dövlət Gömrük Komitəsinin xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 68 milyon 744,36 min ABŞ dolları təşkil edib.

Bu, 2024-cü il ilə müqayisədə müvafiq olaraq 3,4 % və 3,8 dəfə çoxdur.

Ötən il ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,27 % olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

report