Ötən il Azərbaycan iqtisadiyyatı 4% böyüyüb | Banco.az

Ötən il Azərbaycan iqtisadiyyatı 4% böyüyüb

2017-ci ildə Azərbaycan və Qazaxıstan kimi regionun neft ixrac edən ölkələrində 4% iqtisadi artım qeydə alınıb. 

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş “Regional Economic Outlook: Caucasus and Central Asia” adlı hesabatında bildirilir. 

Hesabata görə, 2016-cı ildə bu göstərici 2,4% təşkil edib və 2017-ci ilin II yarısından neft qiymətlərinin kəskin artması bu ölkələrin iqtisadiyyatının böyüməsinə təkan verib: “Azərbaycanda yüksək dövlət sərmayələri digər sahələrdəki zəiflikləri balanslaşdıraraq böyüməyə şərait yaradıb. Planlaşdırılır ki, ölkədə kapital qoyuluşu genişləndirilsin, bu isə iqtisadiyyatın absorbsiya həcminin artmasına şərait yarada bilər”.

Ən sərfəli kredit üçün müraciət et

IMF hesab edir ki, hazırda Azərbaycanda fiskal idarəetmə prosesi gedir və ölkənin orta müddətə fiskal çərçivəsi müəyyən edilməyib.

Təşkilat həmçinin Azərbaycanın, Qazaxıstan, Qırğızıstran və Tacikistanın bank sektorunda çəıtinliklərin olduğunu qeyd edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et