Ötən il Avropada kommersiya avtomobillərinin satışı azalıb | Banco.az

Ötən il Avropada kommersiya avtomobillərinin satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada kommersiya avtomobillərinin satışı 2022-ci ildə azalıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2022-ci il üzrə Aİ ölkələrinin yeni kommersiya nəqliyyat vasitələrinin qeydiyyat məlumatlarını açıqlayıb.

Buna görə, Aİ-də yeni kommersiya nəqliyyat vasitələrinin qeydiyyatı keçən il tədarük problemləri nəticəsində əvvəlki ilə görə 14,6 faiz azalaraq 1 milyon 606 min 804 olub.

Ölkələr üzrə dəyərləndirdikdə isə məlum olub ki, 2022-ci ildə Aİ ölkələri arasında kommersiya vasitələrinin satışı əvvəlki ilə nisbətən Fransada 17,7 faiz, İspaniyada 16,7 faiz, Almaniyada 11 faiz və İtaliyada 10,5 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et