Ötən il Avropada karbon emissiyası 2,8 faiz azalıb | Banco.az

Ötən il Avropada karbon emissiyası 2,8 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada karbon emissiyası 2022-ci ildə 2,8 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatının (Avrostat) məlumatlarına görə, Avropa İttifaqı (Aİ) ölkələrində neft və onun törəmələri, təbii qaz və kömür kimi mənbələrdən karbon emissiyaları 2022-ci ildə əvvəlki illə müqayisədə 2,8 faiz azalaraq 2,4 giqatona enib.

Bəlli olub ki, ötən il Aİ-nin 17 ölkəsində karbon emissiyaları azalıb. Bu dövrdə karbon emissiyalarının ən çox azaldığı ölkələr Hollandiya (12,8 faiz), Lüksemburq (12 faiz), Belçika )9,7 faiz) və Macarıstan (8,6 faiz) olub.

Digər tərəfdən karbon emissiyalarının ən çox artdığı ölkələr isə Bolqarıstan (12 faiz), Portuqaliya (9,9 faiz) və Maltadır (4,1 faiz).

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram