Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı ötən il mayeləşdirilmiş və boru kəməri üzrə qazın alışına bir il əvvəlkindən 3,3 dəfə çox vəsait xərcləyib.
Banco.az xəbər verir ki, Aİ-nin xərcləri 62,5 milyard avrodan 208 milyard avroya yüksəlib. Uzun illərdən sonra ilk dəfə olaraq xərclərin əhəmiyyətli hissəsi boru kəmərlərinin tədarükünün deyil, mayeləşdirilmiş təbii qazın (LNG) payına düşüb.
ABŞ 2022-ci ildə Avropa İttifaqına ən çox LNG satan ölkə olub. Belə ki, ABŞ-dan tədarük üçün xərclər 7 dəfə artaraq 48,4 milyard avroya yüksəlib. Eyni zamanda, ötən ilin yekunlarına görə, Avropa Rusiya yanacağı üçün rekord məbləğdə 47,6 milyard avro maliyyə vəsaiti xərcləyib. Müvafiq xərclərin 16,2 milyardı LNG-nin payına düşüb.
Qeyd edək ki, boru kəməri qazının satışından əldə olunan gəlirlərə görə Rusiya liderliyini qoruyur.
Bizi sosial şəbəkələrdən izləyin!!