Ötən il "Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Ötən il "Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti "Gədəbəy" müqavilə ərazisi üzrə 2025-ci il üçün hasilat nəticələrini açıqlayıb.

Banco.az şirkətə istinadən xəbər verir ki, şirkət ötən il 25 061 unsiya qızıl istehsal edib. Bu da illik müqayisədə 66,3% çoxdur. Belə ki, bu göstərici 2024-ci ildə 15 073 unsiya təşkil edib.

Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram