Əziz banco.az izləyiciləri.
Məqalələrimizi yenidən gözdən keçirmək istəyənlər və daha əvvəl oxumaq imkanı olmayanlar üçün ötən həftə portalımızda oxucuların ən çox marağına səbəb olmuş yazıları müəyyənləşdirdik. Ümid edirik ki, bu mövzulu məqalələr sizə maraqlı və yararlı olar. Bu məqalə, həm sizə keçdiyimiz həftənin qısa icmalı ilə tanış olmaq imkanı veəcək, həm də qaçırdığınız xəbərlərdən yararlanmağınıza kömək edəcəkdir.
Qeyd edək ki, hər həftə bu ənənəni davam etdirərək, son yazılarımızdan ən çox ajotaj yaradanları sizinlə yenidən bölüşəcəyik.
Elə isə keçdiyimiz həftənin ən çox oxunan 10 məqaləsini nəzərinizə çatdırırıq. Xəbərlər haqqında daha ətraflı aşağıdakı linklərdən tanış ola bilərsiniz:
1. 5 gün iş olmayacaq
Ramazan bayramında 5 gün qeyri-iş günü olacaq.
Bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. O bildirib ki, iki bayram eyni günə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı artırılıb:
Daha ətraflı: https://bit.ly/2LZh1Ya
2. Kapital Bank-da yeni TƏYİNAT olub!
Kapital Bank-da yeni təyinat olub.
Bankdan banco.az-a verilən məlumata görə, Məhəmməd İbrahimov Pərakəndə satış departamentinin direktoru vəzifəsinə təyin olunub.
Daha ətraflı: https://bit.ly/2szOlw0
3. Azərbaycanda işsizlərə pul veriləcək
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirə olunub.
Layihə barədə komitə sədri Hadi Rəcəbli məlumat verib. O, bildirib ki, qanun layihəsi 6 fəsil, 37 maddən ibarətdir.
Daha ətraflı: https://bit.ly/2Ji4E7O
4. Dünyanın ən "problemsiz" avtomobilləri - SİYAHI
Ekspertlər istismar müddətində sahiblərinə ən az problem yaşadan avtomobillərin reytinqini tərtib edib.
Reytinq "iSeeCars" portalına yerləşdirilib.
Daha ətraflı: https://bit.ly/2LjsrF5
5. "AccessBank"ın rəhbərliyində dəyişiklik olub!
Ötən gün AccessBank-ın Müşahidə Şurasının iclası keçirilib. İclasda qəbul olunan qərara əsasən, bankın İdarə Heyətinin sədri Rolf Reyxardtın səlahiyyət müddəti bitdiyi üçün bu vəzifəni müvəqqəti olaraq İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) Anar Həsənov icra edəcək.
Daha ətraflı: https://bit.ly/2LV4IMF
6. Azərbaycanda qadın bankir sığorta şirkətin səhmlərini aldı
"Meqa Sığorta” ASC-nin səhmlərinin 9%-nə nəzarət edən Əli İsmayılov payını satıb.
Onun payını ötən il "Atabank” ASC ilə birləşmiş "Caspian Development Bank” ASC-nin Müşahidə Şurasının sədri Fərəh Məmmədova alıb.
Daha ətraflı: https://bit.ly/2Jfc6Rt
7. Məhkəmə Əkrəm Həsənov barəsində xüsusi qərardad qəbul etdi
Mayın 24-də hüquqşünas Əkrəm Həsənov və ləğv edilmiş "Bank Standard”ın bir qrup əmanətçisinin iddiası üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə iddiaçıların şikayətinin təminini mümkünsüz sayıb. Əkrəm Həsənovun hərəkətlərində cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərardad qəbul edilib.
Daha ətraflı: https://bit.ly/2J9hr0z
8. Fed Nədir? Fed faiz artırarsa, Dollar ilə nə baş verər?
Fed Nədir? Əsasən son illərdə adını çox sıx eşitməyə başladıq. “Fed faiz artırarsa dollar ilə nə baş verər?” kimi suallar mütləq qarşınıza çıxmışdır. Son olaraq Fed’də rəhbər olaraq Jerome Powel seçildi, lakin digər namizədlərin adları belə bazara müəyyən dərəcədə tısir edə bilirdi.
Daha ətraflı: https://bit.ly/2HgYtiw
9. Səyahət üçün 10 ən ucuz ölkə: Gündəlik xərc neçəyə başa gəlir?
Səyahətə çıxmağı, istirahət etməyi kim istəməz ki? Əgər siz də dünyada səyahət üçün ən ucuz ölkələrdən xəbərdar olmaq istəyirsinizsə o zaman bu məqalədən yararlana və eyni zamanda büdcənizə qənaət edə bilərsiniz. İndi danışacağımız bütün bu siyahıdakı ölkələr barədə ağlınızda tərəddüd qalmasın deyə tək -tək otel və gündəlik xərclərinizi qeyd edəcəyik.
Daha ətraflı: https://bit.ly/2LjXz7z
10. Manat əmanəti ən sərfəli olan banklar - May 2018
Əmanətlər son günlər demək olar ki, gündəmdən düşməyən mövzuya çevrilib. Bu mövzuların işığında sizlərə banco.az olaraq, sərfəli manat əmanətləri təqdim edirik. Aşağıdakı cədvəldə bankların 1 il müddətinə manatla yerləşdirilmiş əmanətlərə aylıq və müddətin sonunda verdikləri faiz dərəcələrini görə bilərsiniz
Daha ətraflı: https://bit.ly/2JdYs0V
Güllü Nağıyeva