Ötən həftə ABŞ-da işsizlik müraciətləri artıb | Banco.az

Ötən həftə ABŞ-da işsizlik müraciətləri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə ABŞ-da işsizliklə bağlı müraciətlərin sayı artıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 7 sentyabrla başa çatan həftədə əvvəlki həftəyə görə 2 min nəfər artaraq 230 minə çatıb.

Bazar proqnozları işsizlik müavinəti müraciətlərinin sayının 227 min olacağı istiqamətində idi.

Ötən həftə etibarilə 4 həftəlik işsizlik müavinəti müraciətlərinin sayı orta hesabla 500 nəfər artaraq 230 min 750 nəfər çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər ötən həftə işsizlik müraciətlərində cüzi artımın əmək bazarının yavaşlamasına baxmayaraq, işdən çıxarılmaların hələ də aşağı olduğunu göstərdiyini söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et