Ötən dörd il ərzində nə qədər neft məhsulu istehsal edilib? - STATİSTİKA | Banco.az

Ötən dörd il ərzində nə qədər neft məhsulu istehsal edilib? - STATİSTİKA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 526,8 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 7,3% artıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, avtomobil benzininin istehsalı 13,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 12,3%, neft koksunun istehsalı 10% artıb. 2023-cü ildə ölkədə neft bitumu istehsalı 19,1%, mazut istehsalı isə 92,7% azalıb.

2022-ci ilin yanvar-may aylarında bu göstərici 1365,5 milyon manat təşkil edib.

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,4% - 1 milyard 705,4 milyon manata qədər (cari məzənnə ilə $1 milyarddan çox) azalıb.

Hesabat dövründə 247,8 min ton təyyarə yanacağı (artım 2,7%), 64,9 min ton soba mazutu (artım 2,7 dəfə), 176,8 min ton neft bitumu (artım 17,8%), 503,4 min ton avtomobil benzini (azalma 13,1%), 141,8 min ton birbaşa qovulan benzin - nafta (azalma 29,9%), 19,5 min ton sürtkü yağları (azalma 29,9%), 77,6 min ton neft koksu (azalma 41,1%) istehsal edilib.

2022-ci ilin yanvar-iyun aylarında neft məhsullarının istehsalında azalma aprelin 4-dən mayın 27-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan planlı təmir işləri ilə əlaqədar olub.

2022-ci il iyulun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 8,1 min ton avtomobil benzini, 1,6 min ton nafta, 10,7 min ton təyyarə yanacağı, 8,4 min ton dizel yanacağı, 9 min ton soba mazutu, 3,7 min ton sürtkü yağı, 7,7 min ton neft bitumu, 14,7 min ton neft koksu var.

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 167,3 mln. manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 11,6% azalıb.

2021 yanvar-avqust aylarında Azərbaycanda 2 milyard 881,7 milyon manatlıq neft məhsulları istehsal edilib.

Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərə görə, bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.

Hesabat dövründə ölkədə 804,3 min ton həcmində avtomobil benzini, 1 milyon 679,8 min ton dizel yanacağı, 35,7 min ton sürtkü yağları, 237,2 min ton neft bitumu istehsal edilib.

2021-ci ildə avtomobil benzinin istehsalı 2,5 % azalıb, dizel yanacağının istehsalı 12,5 %, sürtkü yağlarının istehsalı 66,8 %, neft bitumunun istehsalı isə 7,4 % artıb.

Həmçinin, 2021-ci ilin  8 ayında ölkədə 279,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 336 min ton ağ neft, 31,1 min ton yanacaq mazutu, 176,1 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 72,8 %, neft koksunun istehsalı 21,3 % artıb, ağ neftin istehsalı 0,2 %, yanacaq mazutunun istehsalı 26,3 % azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsal həcmi 2,5 milyard manat təşkil edib ki, bu da 2019-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azdır.