Media Consulting and Services 1-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb. Media monitorinq qrupu 10 Televiziya, 55 çap və 550 on-line media daxil olmaqla 615-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir.
Banco.az xəbər verir ki, sözügedən tarixdə mediada 27890 ədəd bankların adı hallanan yazı çıxıb. Bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında bu rəqəm 25059 idi.
İlk üçlükdə
- ABB -1753
- Dəmir Bank -1444
- Kapital Bank - 969 xəbər olmaqla yer alıb.
Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Dəmir Bankın adının kəskin hallanmasını qeyd edə bilərik. Dəmir Bank haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi ətrafında cərəyan edir. Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.
Ümumi cədvəldən isə ilk Top 10-u görə bilərsiniz: