Ötən ay Yaponiyanın ticarət kəsiri azalıb | Banco.az

Ötən ay Yaponiyanın ticarət kəsiri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın ticarət kəsiri avqust ayında azalma göstərib.

Banco.az xəbər verir ki, Yaponiyanın ticarət kəsiri ötən ay 66,7 faiz azalaraq 930,5 milyard yen (6,3 milyard dollar) olub. 

Ötən ilin eyni dövründə 2,79 trilyon yen kəsir yaranmışdı. Bununla belə, ticarət kəsiri hələ də iqtisadçıların 659,1 milyard yen olan proqnozundan yüksəkdir.

Qeyd edək ki, dünyanın üçüncü böyük iqtisadiyyatının həm idxalı, həm də ixracı illik müvafiq olaraq 17,8 faiz və 0,8 faiz azalıb. Bu, iqtisadçıların idxalda 19,4 faiz, ixracda isə 1,7 faiz azalma ilə bağlı proqnozlarından aşağıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram