Ötən ay Yaponiyanın sənaye istehsalı artıb | Banco.az

Ötən ay Yaponiyanın sənaye istehsalı artıb

Tamara Mustafayeva, Banco.az

Yaponiyanın sənaye istehsalı iyul ayında artıb ki, bu da qlobal iqtisadi ləngimə ilə bağlı narahatlıqların artması fonunda iqtisadi canlanmanın davam etdiyinə dair stimul hesab edilir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiya Sənaye Nazirliyinin bugün açıqladığı məlumatlara görə, iyulda ölkənin sənaye istehsalı əvvəlki aya nəzərən 1 faiz artıb.

İqtisadçılar isə iyun ayında qeydə alınan 9,2 faizlik rekord artımdan sonra 0,5 faiz azalma proqnozlaşdırmışdılar.

Xatırladaq ki, Yaponiyanın fabrik istehsalı ilə bağlı qeyri-müəyyənliklər hələ də qüvvədədir. Mövcud yarımkeçirici çatışmazlığı və müxtəlif birdəfəlik amillər Şanxayda karantin rejimi başa çatdıqdan sonra da avtomobil istehsalçılarına təzyiq göstərməyə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et