Ötən ay Türkiyənin xarici ticarət kəsiri artıb | Banco.az

Ötən ay Türkiyənin xarici ticarət kəsiri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin xarici ticarət kəsiri noyabrda 61% artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayı üzrə xarici ticarət statistikasını açıqlayıb.

TÜİK məlumatlarına görə, xarici ticarət kəsiri noyabr ayında əvvəlki ilin eyni ayına görə 60,7 faiz artaraq 5 milyard 447 milyon dollardan 8 milyard 756 milyon dollara yüksəlib.

TÜİK və Ticarət Nazirliyinin əməkdaşlığı ilə ümumi ticarət sistemi çərçivəsində çıxarılan müvəqqəti xarici ticarət məlumatlarına görə, 2022-ci ilin noyabr ayında ölkədə ixrac əvvəlki ilin eyni ayına görə 2,1 faiz artaraq 21 milyard 900 milyon dollara, idxal isə 14,0 faiz artaraq 30 milyard 656 milyon dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da müəyyən olunub ki, 2021-ci ilin noyabr ayında 79,8 faiz olan ixracın idxala nisbəti 2022-ci ilin noyabrında 71,4%-ə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et