Ötən ay Türkiyədə inflyasiya sürətlənib | Banco.az

Ötən ay Türkiyədə inflyasiya sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvar ayında Türkiyədə inflyasiya sürət qazanıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, istehlak qiymətləri indeksi yanvar ayında əvvəlki ayla müqayisədə 6,7 faiz artıb.

Yanvarda illik inflyasiya isə 64,86 faiz təşkil edib.

Qeyd edək ki, iqtisadçıların proqnozu aylıq artımın 6,5 faiz olacağı istiqamətində idi. İllik inflyasiya proqnozu isə 65,7 faiz olaraq qeyd edilmişdi.

TÜİK-in məlumatlarına görə, əsas xərc qrupları arasında ən yüksək aylıq artım 17,68 faiz ilə səhiyyə qrupunda reallaşıb. Bu qrupu 12,17 faizlə restoran və otellər, 10,25 faizlə isə müxtəlif mal və xidmətlər izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et