Ötən ay Türkiyədə inflyasiya proqnozları üstələyib | Banco.az

Ötən ay Türkiyədə inflyasiya proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ötən ay aylıq inflyasiya 4,53 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indeksini açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə aylıq inflyasiya 4,53 faiz, illik inflyasiya isə 67,07 faiz təşkil edib.

Analitiklərin proqnozu fevral ayında CPI-ın aylıq 3,8 faiz, illik isə 66 faiz artacağı istiqamətində idi.

Bu dövrdə baza inflyasiyası da 70,48 faizdən 72,89 faizə yüksəlib.

Əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 43,44 faiz ilə geyim və ayaqqabı olub. Digər tərəfdən, əvvəlki ilin eyni ayına görə ən çox artım qeydə alınan əsas qrup isə 94,78 faiz ilə restoran və otellər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et