Ötən ay "Toyota"nın istehsal həcmi rekord həddə çatıb | Banco.az

Ötən ay "Toyota"nın istehsal həcmi rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın “Toyota” şirkəti noyab ayını rekord istehsalla başa vurub.

Banco.az xəbər verir ki, dünyanın 1 nömrəli avtomobil istehsalçısı olan “Toyota” çip böhranına baxmayaraq, ötən ay istehsalda rekord qırdığını açıqlayıb.

Şirkət istehsalının noyabr ayında əvvəlki ilə nəzərən 1,5 faiz artaraq 833 min 104 avtomobilə çatdığını bildirib. Bununla yanaşı, qlobal satışlar da 2,9 faiz artaraq 796 484 ədədə çatıb.

“Toyota”nın rəqibləri olan “Nissan” və “Honda” şirkətlərində isə vəziyyət fərqli olub. 

Belə ki, “Nissan Motor Co.” noyabr ayında qlobal istehsalın əvvəlki ilə nisbətən 23 faiz azalaraq 248 min 961 ədədə düşdüyünü, satışların isə 26 faiz azaldığını açıqlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

“Honda Motor Co”nun qlobal istehsalı da keçən ay 12 faiz azalaraq 325 996 ədəd olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram