Ötən ay qlobal neft tədarükü 1 milyon barelə yaxın azalıb | Banco.az

Ötən ay qlobal neft tədarükü 1 milyon barelə yaxın azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay qlobal neft tədarükü təxminən 1 milyon barel azalıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) iyul ayı üzrə qlobal neft bazarı hesabatına görə, Səudiyyə Ərəbistanının hasilatı azaltma qərarının təsiri ilə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun ümumi hasilat səviyyəsi gündəlik 1,2 milyon barel azalıb.

Sözügedən azalma ilə qrupun hasilatı iyul ayında sutkada 50,7 milyon barelə düşüb, bu, 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyədir.

Qeyd edək ki, ötən ay qlobal gündəlik neft hasilatı əvvəlki ayla müqayisədə isə 910 min barel azalaraq 100 milyon 900 min barel səviyyəsində reallaşıb.

Xatırladaq ki, bu il qlobal neft hasilatının ötən illə müqayisədə gündəlik 1 milyon 500 min barel artaraq 101 milyon 500 min barelə çatacağı güman edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram