Ötən ay qlobal ərzaq qiymətləri ucuzlaşıb | Banco.az

Ötən ay qlobal ərzaq qiymətləri ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətləri ötən ay ucuzlaşıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) may ayı üzrə ərzaq qiymətləri indeksini açıqlayıb.

Məlum olub ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi may ayında aylıq 2,6 faiz, illik isə 22,1 faiz azalaraq orta hesabla 124,3 punkt təşkil edib.

Qeyd edək ki, sözügedən dövrdə şəkər və ət indekslərində artım, bitki yağları, dənli bitkilər və süd məhsullarının qiymət indekslərində isə əhəmiyyətli geriləmə müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

FAO-nun Taxıl Qiyməti İndeksi də aylıq 4,8 faiz, illik isə 25,3 faiz geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et