Ötən ay problemli kreditlərin məbləği cüzi artıb | Banco.az

Ötən ay problemli kreditlərin məbləği cüzi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin iyunun 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 508,3 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 1,1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 9% artıb.

İyun ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram