Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 760.9 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5,6% çoxdur.
Qeyd edək ki, ötən ay alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 14,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
