Ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 8 043 müqavilə bağlanılıb | Banco.az

Ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 8 043 müqavilə bağlanılıb

Bu ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 8043 sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verilir ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 1 373 234 manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 5180-i yaşayış evləri və mənzillər, 195-i inzibati binalar, 2668-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 18% və 13% artım müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 545, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 60 sığorta müqaviləsi bağlanılıb.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçısı olan 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Mənbə: Report.az