Ötən ay Çində avtomobil istehsalı və satışı azalıb | Banco.az

Ötən ay Çində avtomobil istehsalı və satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində avtomobil istehsalı və satışının noyabr ayında əvvəlki ilin eyni ayına görə 7,9% azaldığı bildirilib.

Banco.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatına görə, noyabrda 2 milyon 386 min avtomobil istehsal edilib, 2 milyon 328 min yeni avtomobil satılıb.

Bu da noyabrda həm avtomobil istehsalı, həm də avtomobil satışının 7,9 faiz azalması deməkdir.

Minik avtomobillərinin istehsalı 3,9 faiz, kommersiya avtomobillərinin istehsalı 33,4 faiz, minik avtomobillərinin satışı 5,6 faiz, kommersiya avtomobillərinin satışı isə 23,4 faiz azalıb.

Digər tərəfdən, avtomobil ixracatında illik 64,8 faiz artım qeydə alınıb. Noyabrda ixrac edilən 329 min avtomobilin 276 mini minik avtomobili, 53 mini kommersiya nəqliyyatı olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Yeni Enerji Vasitəsi" (NEV) adlı təkrar doldurulan akkumulyator, hibrid və yanacaq hüceyrəli elektrikli avtomobillərin satışı isə 2022-ci ilin 11 ayında əvvəlki ilə nisbətən artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et