Ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif edilən faiz dərəcələrinə dəyişiklik edilib.
Nağd kreditlər üzrə faiz dərəcəsi “AFB Bank”da 17%-dən 16%-ə, “Azərbaycan Sənaye Bankı“nda 18%-dən 16%-ə, “Bank Respublika”da 18%-dən 16%-ə, “Bank VTB Azərbaycan”da 24%-dən 18-22%-ə salınıb.
Hesabat ayında “BTB Bank”da lombard kreditləri üzrə faiz dərəcəsi 24,8%-dən 22,8%-ə düşürülüb.
Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “AFB Bank”, “Azərbaycan Sənaye Bankı“, “Bank Respublika”, “Turanbank” və “Xalq Bank”dadır,
Avtomobil kreditləri – “NBC Bank”
Təmir kreditləri – “Yelo Bank”
Lombard kreditləri – “Amrahbank”
İpoteka kreditləri – “Xalq Bank”
Mikro kreditlər – “Bank Respublika”
Kiçik və orta biznes kreditləri – “AG Bank”, “Xalq Bank”
Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:
Report