Ötən ay Bakıda metro ilə 18 milyondan çox sərnişin daşınıb | Banco.az

Ötən ay Bakıda metro ilə 18 milyondan çox sərnişin daşınıb

Bakı metropolitenindən istifadə edənlərin sayı 2024-cü ilin mart ayında 18 milyon 366 min 704 sərnişin təşkil edib.

Bu rəqəmin 496 min 211-i və yaxud 2,7 faizi güzəştli və ya ödənişsiz keçənlərdir. Mart ayının orta statistik gündəlik sərnişindaşıması fevral ayına nəzərən (617 min 85 sərnişin) aşağı olub - 592 min 474.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin xəbərinə görə, ən çox sərnişin mart ayının 7-si daşınıb (848 min 934). Bu rəqəm həm də 2024-cü ildə bir gün üçün ən yüksək daşıma göstəricisidir. Ən az sərnişin daşınan gün martin 20-də olub (272 min 984).

Martın 19-u istisna olmaqla, hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Ümumilikdə, qeyd edilən müddətdə orta hesabla gündəlik daşıma statistikası 758 min 499 təşkil edib.

    Qeyd edək ki, cari ilin birinci rübündə Bakı metropoliteni ilə 53 milyon 514 min 865 sərnişin daşınıb.

    Ən sərfəli kredit üçün müraciət et

    apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et