Ötən ay Azərbaycanın idxalı 19% azalıb | Banco.az

Ötən ay Azərbaycanın idxalı 19% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2 milyard 986 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 9,2% azdır. 

Son 1 ildə Azərbaycanın ixracı 1,8% azalaraq 1 milyard 843 milyon ABŞ dollarına, idxalı isə 19,1% azalaraq 1 milyard 142 milyon ABŞ dollarına enib.

Nəticədə xarici ticarətdə 701,9 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 51,3% çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram