Ötən ay Azərbaycanın ən çox neft ixrac etdiyi ölkə İsrail olub | Banco.az

Ötən ay Azərbaycanın ən çox neft ixrac etdiyi ölkə İsrail olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

İsrail bu ilin yanvar ayında Azərbaycandan 296 milyon 946 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 59 milyon 881 min dollar və ya 25,3% çoxdur. 

Hesabat dövründə İsrailin idxal etdiyi neftin həcmi isə illik müqayisədə 37% artaraq 523,6 min ton olub.

Qeyd edək ki, bu il İsrail həcmlərinə görə Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. Ötən ilin eyni dövründə İsrail bu siyahıda 2-ci olub (1-ci İtaliya).

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et