Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "YouTube" olub | Banco.az

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "YouTube" olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin mart ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 28,69 faiz payla "YouTube" olub. 

Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib. 

İkinci yerdə 26,32 faiz göstərici ilə "Facebook", üçüncü yerdə isə 19,01 faiz göstərici ilə "Instagram" qərarlaşıb.

"Pinterest" istifadəçilərinin fəallığı ötən ay 8,69 faizə bərabər olub.

"X"in payı 7,77 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı 4,08 faiz, "Reddit" isə 4,4 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram