Ötən ay Azərbaycanda əczaçılıq məhsullarına 112 mln. manatdan çox vəsait xərclənib | Banco.az

Ötən ay Azərbaycanda əczaçılıq məhsullarına 112 mln. manatdan çox vəsait xərclənib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 112.3 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 5,7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram